AZ

Almaniyadan Suriya ilə bağlı mühüm açıqlama...

Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyətə gəlmiş "Heyəti Təhrir əş-Şam" qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

Sitat.info xəbər verir ki, o, bunu Ərbilə səfəri zamanı deyib.

"Biz "Heyəti Təhrir əş-Şam" siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq", - Pistorius bildirib.

Onun fikrincə, sözlər əməllərlə müşayiət olunmalıdır. Pistorius həmçinin əlavə edib ki, Əsədin gedişindən sonra Suriyada vəziyyət dərhal dəyişə bilməz, bunun üçün vaxt və dəstək lazımdır.

Seçilən
2
6
sitat.info

7Mənbələr