AZ

Bolqarıstan mətbuatı Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolundan yazıb

Bakı, 12 dekabr, AZƏRTAC

Bolqarıstan mətbuatında müasir Azərbaycan dövlətçiliyinin banisi, çağdaş siyasi tarixin böyük dövlət xadimlərindən biri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə onun Azərbaycan xalqının tarixində oynadığı müstəsna rolu geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayılan məlumatlarda Azərbaycanın milli müstəqilliyinin bərpası və yüksəlişinin Ulu Öndərin adı ilə sıx bağlı olduğu qeyd edilərək, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə görə Heydər Əliyevin Azərbaycanlıların Ümummilli Lideri kimi ehtiramla yad edildiyi vurğulanır.

1990-cı illərdə beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı və ölkə daxilində yaşanan siyasi böhran nəticəsində Azərbaycanın öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi zaman Heydər Əliyevin hakimiyyətə gəlməsi və qətiyyətli fəaliyyəti ilə Azərbaycanın suverenliyinin qorunduğu və tədricən möhkəmləndiyinə xüsusi diqqət ayrılır.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Bolqarıstanla münasibətlərə önəm verməsi və bu ölkəyə böyük hörmətlə yanaşdığı qeyd olunur.

Bu gün Heydər Əliyevin müdrik siyasi kursunun uğurla davam etdirildiyi və bunun Azərbaycana və onun tərəfdaşlarına, o cümlədən strateji tərəfdaş və dost ölkə qismində Bolqarıstana fayda verdiyi oxucuların nəzərinə çatdırılır.

Seçilən
27
azertag.az

1Mənbələr