AZ

Rus qoşunları bu ərazini ələ keçirdi

Rusiya hərbçiləri Kursk vilayətinin Novoivanovka kəndinə nəzarəti ələ keçirib.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimal qoşunları qrupunun bölmələri hücum əməliyyatları zamanı Novoivanovka qəsəbəsini azad edib", - məlumatda deyilir.

Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş, ağır mexanikləşdirilmiş, iki tank, iki hava hücumu briqadası, bir dəniz briqadası və iki ərazi müdafiə briqadasından ibarət birləşmələri məhv  edib. Bu, Viktorovka, Quevo, Kruqlenkoye, Lebedevka, Leonidovo, Malaya Loknya, Martınovka, Nikolaevo-Daryino, Nikolskoye və Sverdlikovo qəsəbələrində baş verib.

 

Dekabrın 10-da qeyri-rəsmi məlumat yayılıb ki, Rusiya Silahlı Qüvvələri Novoivanovkaya nəzarəti ələ keçirib. “Şimal” qoşun qruplaşması ilə əlaqəli “Şimal küləyi” Telegram kanalı qeyd edib ki, yaşayış məntəqəsi uğrunda gedən şiddətli döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələri 1,2 mindən çox hərbçi  itirib.

 

Nigar

 

Seçilən
47
oxu24.com

1Mənbələr