Bakı. Trend:
“Imperial Springs” Beynəlxalq Forumu 2014-cü ildən etibarənqlobal məsələlər ilə bağlı qarşılıqlı anlaşma və əməkdaşlığı təşviqedən yüksək səviyyəli platforma kimi fəaliyyət göstərir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, 11-12dekabr 2024-cü il tarixlərində, İspaniyanın Madrid şəhərində baştutan Forumda 40-dan çox ölkədən 100-dən çox siyasi lider,beynəlxalq ekspertlər, o cümlədən keçmiş dövlət və hökümətbaşçıları, və beynəlxalq təşkilatların nümayəndələri iştirakedir.
Tədbirin açılış mərasimində Çin Respublikasının Sədri SiCinpinin müraciəti səsləndirilib. Onun sözlərinə görə: “Dünyamultilateralizmin əsas dəyərlərinə və əsas prinsiplərinə sadiqqalmağa həmişəkindən daha çox ehtiyac duyur”.
Forumda “Qlobal əməkdaşlığın genişləndirilməsi: bəşəriyyət üçünortaq gələcəyin formalaşdırılması”, “İnkişaf üçün Maliyyələşdirmə,Dayanıqlı İnkişaf Məqsədlərinin tam həyata keçirilməsinə doğru”,“Qlobal Strateji Sabitlik” "Gələcəyin Paktı və COP29" kimimövzularda sessiyalar keçirilib.
Forumun əsas tərəfdaşlarından olan Nizami Gəncəvi BeynəlxalqMərkəzi, həmsədri Dr. İsmayıl Serageldin, Latviyanın sabiqPrezidenti Valdis Zatlers, Bolqariyanın sabiq Prezidentləri PetarStoyanov və Rozen Plevneliyev, Serbiyanın sabiq Prezidenti BorisTadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç,Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Monteneqronun sabiqPrezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın BMT-də DaimiNümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiqBaş naziri Kiril Qaburiçi, Belçikanın sabiq Baş naziri İv LetermeGürcüstanın sabiq baş nazirinin müavini xanım Eka Tkeşelaşvili, BMTBaş Assambleyasının 77-ci Prezidenti Ksaba Korosi, 73-cü PrezidentiMaria Fernanda Espinoza, YUNESKO-nun xoşməramlı səfiri Hedva Sertərəfindən təmsil olunub.