AZ

"Google" yeni süni intellekt modelini təqdim edib

"Google" ən inkişaf etmiş süni intellekt modeli olan "Gemini 2.0"ı təqdim edib.  

Valyuta.Az xəbər verir ki, "Gemini 2.0" görüntüləri təhlil etmək, səs yaratmaq və çoxmodlu qarşılıqlı əlaqələr qurmaq kimi funksiyalara malikdir. Bu model, keçən il yayımlanan "Gemini 1.0"a nisbətən əhəmiyyətli yeniliklərə sahibdir.  

"Google" və "Alphabet" şirkətinin baş direktoru Sundar Pichai (Sundar Piçay) bu yeniliyi belə şərh edib: "Bu versiya ətrafınızdakı dünyanı daha yaxşı anlayacaq, çoxmərhələli düşünmə qabiliyyətinə malik olacaq və sizin nəzarətiniz altında adınıza hərəkət edəcək."

"Gemini 2.0" ilk mərhələdə seçilmiş sınaq qruplarına və "Gemini Advanced" abunəçilərinə aylıq 20 dollar müqabilində təqdim ediləcək. "Google" bu texnologiyanı gələn ildən etibarən "Chrome", "YouTube" və "Xəritələr" də daxil olmaqla pulsuz xidmətlərinə inteqrasiya etməyi planlaşdırır.  

Bu təqdimat, "Google"un davam edən antitrest məhkəməsi ilə üst-üstə düşüb. Avqust ayında hakim, "Google"un axtarış mühərriki tətbiqlərinin antitrest qanunlarını pozduğuna qərar verərək şirkəti qanunsuz bir monopolist olaraq adlandırmışdı. ABŞ Ədliyyə Nazirliyi isə noyabr ayında "Alphabet"in "Google" şirkətindən rəqibləri ilə məlumat və axtarış nəticələrini paylaşmasını tələb etmiş, hətta Android əməliyyat sistemini və "Chrome" brauzerini satmasını da təklif etmişdi.  

Rəhim

Seçilən
10
valyuta.az

1Mənbələr