AZ

Avropa diplomatiyasının rəhbəri Ukraynaya qoşun yeritmək üçün nə lazım olduğunu açıqladı

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna ərazisinə sülhməramlı kontingent göndərməzdən əvvəl münaqişənin dayandırılmasına nail olmaq lazımdır.

Oxu24.com xəbər verir  ki, bu barədə N-TV yazır.

“Bizə ilk növbədə Ukraynada sülh lazımdır ki, sonradan sülhməramlı qüvvələrə malik ola bilək. Rusiya Ukraynanı bombalamağı dayandıra bilər və voila, daha müharibə olmayacaq”, - Kallas bildirib.

Əvvəllər Reuters mənbələrə istinadən yazmışdı ki, Aİ ölkələri arasında münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensus yoxdur, ona görə də bu məsələnin həlli üçün bir neçə dövlətin koalisiyasının yaradılması variantı nəzərdən keçirilir.

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina da bəyan edib ki, Kiyev ölkəyə xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynaya qoşun göndərilməsini təkzib etmişdi.

 

Nigar

 

Seçilən
23
oxu24.com

1Mənbələr