AZ

Rusiya Suriyada hərbi bazalarını saxlaya bilər

Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədəki hərbi bazalarını saxlamaqla bağlı razılaşmaya yaxındır.

Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” yazıb.

Məsələ ilə bağlı danışıqlar barədə məlumatı anonim saxlamaq istəyən Aİ, Rusiya və Yaxın Şərqdəki mənbələr təsdiqləyib. Hazırda Rusiyanın Suriyada iki hərbi bazası var: Xmeymimdə hava bazası və Tartusda dəniz bazası. Üstəlik, Tartusdakı baza Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dəniz bazasıdır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi hərbi bazaların toxunulmazlığını Rusiyanın Suriyadakı prioritetlərindən biri adlandırıb.

QAZİLER.AZ

phrase_var_article.chosen
47
2
qaziler.az

3phrase_var_article.sources