İtaliyalı mütəxəssis Fabio Kapello "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Qvardiola əla məşqçidir, amma yekəxana və özündənrazıdır. Bəzən mükafatları futbolçuların yox, məhz özünün qazandığını sübut etmək üçün önəmli oyunlarda "açar" oyunçuları meydana buraxmayıb. Məncə, o, diqqətləri öz üzərinə çəkmək üçün belə edib".
Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir. İspaniyalı çalışdırıcı Mançester təmsilçisi ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun və 1 dəfə Çempionlar Liqasının qalibi olub.
Nihat