AZ

“Dedi gün gələcək biz bunları aparıb, Şuşaya öz yerinə qoyacağıq” VİDEO

“Dedi gün gələcək biz bunları aparıb, Şuşaya öz yerinə qoyacağıq”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Ulu Öndərlə bağlı xatirələrindən danışarkən deyib.

Bildirib ki,  baxmayaraq ki, çətin dövr idi amma Ulu Öndər mədəniyyətə həmişə diqqətlə yanaşırdı.

Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi, musiqi sənətinə də diqqət ayırıb.Onun musiqinin inkişafına dair imzaladığı sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bü gündə fəxarətlə xatırlanır.

Polad Bülbüloğlu  bildirib ki, erməni vandalizminin qurbanı olan  güllələnmiş heykəllər 1993-cü ildə ümummilli Lider Heydər Əliyevin müdaxiləsindən sonra Bakıya gətirildi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr