AZ

HƏMAS atəşkəs təklifini qəbul etdi

HƏMAS İsrailin Qəzzada atəşkəs razılaşması ilə bağlı iki əsas tələbini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə \"Wall Street Journal” məlumat yayıb.

Qahirənin təklif etdiyi və ABŞ-nin dəstəklədiyi plana 60 günlük atəşkəs müddəti daxildir. Bu müddət ərzində Həmas 30 girovu azad edəcəyini, İsrail isə fələstinli məhbusları azad edəcəyini və Qəzzaya humanitar yardımın daxil olmasına icazə verəcəyini vəd edib.

HƏMAS daha əvvəl İsrail qüvvələrinin Filadelfiya dəhlizində qalmasına qarşı çıxmışdı. Lakin o, indi bu şərtlə razılaşıb, danışıqların irəliləməsinə şərait yaradıb.

İsrail isə bu dəhlizdən tədricən çəkilməyi təklif edib.  

Netanyahu deyib ki, atəşkəs danışıqlarında irəliləyiş var, lakin hələlik qəti razılıq əldə olunmayıb. Bu yaxınlarda Misirdə aparılan danışıqlar və Ceyk Sallivanın İsrail, Misir və Qətərə planlaşdırılan səfəri prosesin sürətlənməsinə töhfə verib.

HƏMAS-ın güzəştləri keçən ilin noyabrında Livan Hizbullahı tərəfindən razılaşdırılmış atəşkəsdən sonra baş verib. Bu vəziyyət HƏMAS-ı təcrid edib və İsrailin hücumlarından sonra təşkilatın zəifləməsinə səbəb olub.
 
Mikayıl
Seçilən
22
azxeber.com

1Mənbələr