AZ

"Ukrayna Rusiya ilə danışıqlara hələ hazır deyil" - Andrey Yermak

"Ukrayna danışıqlara başlamaq üçün güclü olmalıdır, bu gün Kremldən səsləndirilənlər ultimatum dilidir..."
 
Ukrayna cari məqamda Rusiya ilə "güclü danışıqlar mövqeyi" kontekstində müharibənin başa çatdırılması haqqında danışıqlara başlamağa hazır deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib. Məlumatı "belta.by" nəşri yayıb.
 
O, qeyd edib ki, bu, həm Ukrayna Silahlı Qüvvələrinin silah qıtlığına, həm də Ukraynanın növbəti illərdə müdafiəsi ilə bağlı Rusiyanın bizə yenidən hücum etməməsi üçün tərəfdaş ölkələrdən dəqiq zəmanətlərə aiddir.
 
"Məhz ona görə də biz bu gün tərəfdaşlarımıza Ukraynanın gücləndirilməsinin vacibliyini deyirik. Ümumiyyətlə isə Ukraynanın, guya, müharibə istədiyi barədə Rusiyanın narrativlərini dağıtmaq lazımdır. Ukrayna müharibə istəməyib və Rusiyanı heç bir halda təhrik etməyib", - Yermak bəyan edib.
 
O, əlavə edb ki, Rusiya Ukraynada heç kimi müdafiə etmir, çünki o, hətta öz ərazisini belə müdafiə edə bilmir. Yermak qeyd edib ki, Ukrayna danışıqlara başlamaq üçün güclü olmalıdır, yalnız o zaman Rusiya ilə bərabər səviyyədə danışmaq olar. "Çünki bu gün Kremldən səsləndirilənlər ultimatum dilidir", - Yermak vurğulayıb.
Seçilən
8
moderator.az

1Mənbələr