NATO-nun Baş katibi Mark Rutte alyansdakı mövcud təhlükəsizlik vəziyyətini təşkilatın tarixinin ən pis dövrü hesab edir.
“SeherXeber.org ” xəbər verir ki, o, bu fikirləri Karneqi Fondunun Avropa bölməsində çıxışı zamanı səsləndirib.
“Təhlükəsizlik ilə bağlı vəziyyət həyatım boyu gördüyüm ən pis vəziyyətdədir”, - o deyib.
Rutte əlavə edib ki, Ukraynada baş verənlər Brüsseldə də yaşana bilər. Onun fikrincə, Rusiya və Çin NATO ilə ekzistensial qarşıdurma vəziyyətindədir.