Gürcüstanda iştirakçıları Gürcüstanın Aİ-yə daxil olması məsələsinin müvəqqəti olaraq gündəmdən çıxarılmasına etiraz edən mitinqlər dayanmır.
Cümə axşamı günortadan sonra parlament binasının yerləşdiyi Rustaveli prospekti ilə yürüşə informasiya texnologiyaları mütəxəssisləri rəhbərlik ediblər. Onların son nöqtəsi bütün etirazçıların qanunverici orqanın qarşısına toplaşdığı yer olub. İnformasiya texnologiyaları işçiləri hakimiyyətdən əvvəllər saxlanılan etirazçıları azad etməyi, yeni seçkilər keçirməyi və Avropaya inteqrasiya məsələsini gündəmə gətirməyi tələb ediblər.
Axşam saat beşdə həkimlərin, eləcə də əczaçılıq şirkətlərinin işçilərinin və tibb tələbələrinin marşı olacaq. Axşam saat yeddidən sonra, medianın yazdığına görə, nümayişçilər 15-ci dəfə parlament qarşısında etiraz mitinqinə toplaşacaqlar. Digər peşələrin nümayəndələri də yaxın günlərdə öz nümayişlərini keçirəcəklər. Sabah axşam saatlarında İqtisadi İnkişaf Nazirliyinin binasına şərabçılar, şərab barlarının və pərakəndə satış obyektlərinin işçiləri gələcəklər. Təşkilatçıların fikrincə, onlar əmindirlər ki, Avropaya inteqrasiyadan imtina Gürcüstanda nəinki şərabçılığı, həm də ölkənin özünü məhv edə bilər.
Şənbə günü alpinistlər və ümumilikdə ekstremal idman həvəskarları etiraz aksiyasına toplaşacaqlar – mitinqi Gürcüstan Alpinizm Assosiasiyası təşkil edir.
//Samir Qurbanov, Editor.az