AZ

Kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxıngünlərdə ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.Temperaturun əhəmiyyətli dərəcədə enəcəyi, sulu qar və qaryağacağı, bəzi bölgələrdə yağıntıların intensiv olacağı gözlənilir.Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı və güclükülək əsəcəyi bildirilir.

Trend xəbər verirki, Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlikqaydalarına ciddi riayət etmələri üçün müraciət edib.

Nazirlik xəbərdarlıq edib ki, soyuq hava şəraitində qaz vəelektrik qızdırıcılarından istifadənin artması səbəbindən elektrikşəbəkəsinin həddindən artıq yüklənməsi, nasaz cihazlarınistifadəsi, habelə ehtiyatsızlıq yanğın və dəm qazı təhlükəsiyarada bilər. Vətəndaşlara qızdırıcı cihazların istifadəsi zamanıyalnız standart və zavod istehsalı cihazlardan istifadə etmək,cihazların nəzarətsiz qalmamasını təmin etmək və yanarmateriallardan uzaqda saxlamaq tövsiyə olunur.

Həmçinin, dağlıq ərazilərdə yaşayan və ya bu bölgələrə səfəredən şəxslərə hava proqnozlarını izləmək, şaxtalı havada mümkünqədər məskunlaşma yerlərini tərk etməmək və təhlükəsizliyə dairtədbirlər görmək tövsiyə edilib.

Güclü külək şəraitində isə müvəqqəti tikililərdən, reklamlövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaqdayanmaq, yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirməklazımdır.

Nazirlik hər hansı təhlükə zamanı 112 qaynar xəttinə müraciətetməyi tövsiyə edir.

Seçilən
15
1
az.trend.az

2Mənbələr