AZ

Pərakəndə ticarət dövriyyəsi son aylarda 53,9 milyard manat olub

Fins.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 53,867.7 milyon manat olub. Bu məbləğin 29,534.8 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 24,332.9 milyon manatı isə qeyri-ərzaq mallarının satışından əldə edilib.

Pərakəndə ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında artım 2 faiz, qeyri-ərzaq mallarında isə 6,1 faiz olub.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. Müəssisələr üzrə artım 9,7 faiz, fərdi sahibkarlar üzrə 1 faiz, bazar və yarmarkalar üzrə isə 3,1 faiz olub.

Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq alış-veriş edib. Bu məbləğin 263,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 216,8 manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Zemfira Ms
Fins.az

phrase_var_article.chosen
28
fins.az

1phrase_var_article.sources