Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Bəs elektrobusların qiymətində artım gözlənilirmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov İNFOAZ.WS-ə bildirib ki, hazırda elə bir hal gözlənilmir.
“Hələ ki, artım ehtimal belə olunmur. Amma bir neçə il sonra bunun ehtimalı mümkün olacaq”.
Onun sözlərinə görə, illər əvvəl ictimai nəqliyyatın 30 qəpik olması belə çox idi.