ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bunu dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.
Respublikaçı lider əldə etmək istədiyi atəşkəs halında bu imkanı nəzərdən keçirir.