AZ

Bred Pitt və Ancelina Coli eyni filmdə oynaya bilər


Kino prodüseri Denni Rossner aktyor Bred Pit və aktrisa Ancelina Colini birgə filmə çəkilməyə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Prodüserin sözlərinə görə, o, təklifinə ciddi yanaşır. Planı həyata keçirmək üçün Rossner təxminən 60 milyon dollar toplayıb və ümid edir ki, bu, keçmiş həyat yoldaşlarını barışdırmaq üçün kifayət edəcək.
Filmin ideyası haqqında danışan Rossner, son 20 ildə onu bəslədiyini bildirib. Bunun real hadisələr əsasında çəkilmiş sevgi filmi olacağı planlaşdırılır. Hadisələr İkinci Dünya Müharibəsi zamanı cərəyan edəcək. Pitt Kann otelinin sahibi Emmanuel Martinez, Coli isə onun məşuqəsi və ilhamverici Emma Diqardı canlandıra bilər.
Seçilən
22
yeniavaz.com

1Mənbələr