AZ

Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib

Ermənistan və Türkiyənin bir sıra dövlət nümayəndələri sərhəddə görüş keçirib.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan deyib.

Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.

İclasda həm dəmir yollarının fəaliyyətinə, həm də əvvəllər razılıq əldə edilmiş Ani körpüsünün bərpasına cavabdeh olan dövlət idarələrinin nümayəndələri iştirak ediblər.

Ermənistan parlamentinin vitse-spikerinin sözlərinə görə, görüş “pozitiv və konstruktiv atmosferdə” keçib.

Qeyd edək ki, sərhəd keçid məntəqəsinin işə salınması ehtimalı ilk dəfə bu ilin iyulunda Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında sərhəddə baş tutan görüşdən sonra elan edilib.

Seçilən
8
2
operativmedia.az

3Mənbələr