ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən təklif Ukraynada atəşkəsə nəzarət etmək üçündür.
Qeyd edək ki, D.Tramp daha əvvəl ABŞ-nin Ukraynaya dəstəyinin davam etdiriləcəyini bildirib.