AZ

Heydər Əliyev dünyaşöhrətli azərbaycanlı həkim Məsud Aşinadan nələri öyrəndi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Aydın tarix" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında nevrologiya üzrə professor Məsud Aşina ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.
Professor bildirib ki, ulu öndər Heydər Əliyevlə tanışlığı 1995-ci ilə təsadüf edir:
"O zaman Kopenhagendə BMT-nin sammiti idi. Nümayəndələrimizin hamısı oraya gəlmişdi. Mən də həmin dövrdəki xarici işlər naziri Həsən Həsənovu şəxsən tanıyırdım. Onunla görüşəndə mənə "gəl, səni cənab prezidentlə tanış edim" dedi. Liftdən çıxanda ulu öndər birbaşa hava limanına getməli idi. Amma Həsən Həsənov məni onunla tanış etdi və prezident 45 dəqiqə korteji saxlayaraq mənimlə söhbət etdi. Bu, həyatımda çox böyük tarixi andır".
Heydər Əliyev ilə görüşün əhəmiyyətindən danışan Məsud Aşina qeyd edib ki, söhbət əsnasında ümummilli lider ona maraqlı suallar verib:
"Məndən hər şeyi - nə ilə məşğul olduğumu, harada oxuduğumu, hansı şöbədə işlədiyimi, evli olub-olmadığımı soruşdu. Hətta sual verdi ki, valideynlərim haradadır? Dedim ki, hazırda Danimarkadadırlar, amma növbəti həftə Bakıya qayıtmalıdırlar. "İstəyirsən, onları da özümlə aparım" dedi. "Çox sağ olun, cənab Prezident, indi çatdıra bilməzlər", - deyə cavab verdim. Bir balaca zarafat da etdi. Sonda şəkil çəkdirdik. Mənim üçün çox maraqlı, gözəl görüş oldu".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
25
45
oxu.az

10Mənbələr