AZ

Slovakiyanın baş naziri Qərbin Rusiyaya qarşı sanksiya siyasətinin uğursuz olduğunu etiraf edib

Qərb dövlətləri Ukraynadakı münaqişədən Rusiyanı zəiflətmək üçün istifadə etməyi planlaşdırsalar da, onların sanksiyalar siyasəti iflasa uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko bu barədə Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib.

“Qərb bu münaqişədən Rusiya Federasiyasını zəiflətmək üçün istifadə edəcəyinə qərar verdi və sanksiyalar tətbiq olundu. Ukraynaya milyardlarla avro və dollar, çoxlu humanitar yardım və silah axını gedir”, – Slovakiya hökumətinin başçısı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qərb ölkələrinin siyasəti heç bir nəticə verməyib. Rusiya qoşunları yeni ərazilərə nəzarəti ələ keçirməyə davam edir və Kiyev güclü mövqedən danışıqlar aparmaq şansını itirib. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, öz növbəsində, heç bir nəticə vermir, Fiko əlavə edib.

phrase_var_article.chosen
43
nocomment.az

1phrase_var_article.sources