Noyabrın 28-də Avropa Liqasının əsas mərhələsi çərçivəsində ''Beşiktaş'' Tel-Əviv ''Makkabi''si ilə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.
Məlum olduğu kimi İstanbulda oynanılmalı olan qarşılaşma Türkiyə ilə İsrail arasındakı gərgin münasibətlər üzündən Macarıstanın Debretsen şəhərində oynanılmışdı. Həmin matçda qonaqların ilk qolunu vuraraq hesabı açan Qavriel Kanixovskinin hərəkəti diqqət çəkmişdi. 27 yaşlı futbolçu qoldan sonra formasının üzərindəki İsrail bayrağını göstərmiş və əsgər salamı vermişdi.
Türkiyə Futbol Federasiyasının bu hərəkətə görə bu futbolçudan UEFA-ya şikayət etdiyi məlum olub. TFF quruma göndərdiyi şikayət məktubunda bu hərəkətin siyasi, düşüncəsiz və təxribat xarakterli olduğunu bildirərək həm futbolçu, həm də klubuna qarşı araşdırma başlanılmasını tələb edib. UEFA-nın bu məsələdəki mövqeyinin necə olacağı böyük maraq doğurur. Çünki bir neçə il öncə Türkiyə yığması məhz bu hərəkətə görə cəza almışdı. AÇ-2020-nin seçmə mərhələsində Fransaya qarşı səfər oyununda ''ay-ulduzlular'' qol vurduqdan sonra əsgər salamı vermişdilər. Buna görə UEFA xüsusi araşdırma aparmış, yığma üzvlərinə ciddi xəbərdarlıq edilmiş və TFF-yə də 50 min avro pul cəzası verilmişdi.
Merih Dəmiralın ''bozqurd'' işarəsində olduğu kimi dəfələrlə türkiyəlilərə qarşı ikili standartlar tətbiq edən UEFA görək, bu dəfə hansı addımı atacaq?
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta