AZ

Rusiya Suriyadakı bazalarını saxlamaq üçün danışıqlar aparır..?

...Moskva Suriyanın yeni hakimiyyət orqanları ilə strateji obyektlərin qorunması ilə bağlı danışıqlar aparır. Xmeymim və Tartus müxalifətin Dəməşqi ələ keçirməsindən sonra müzakirələrin mərkəzində qalır.

SİA-nın məlumatına görə,Bloomberg-ə mənbələr bildiriblər ki, Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədəki hərbi bazalarını saxlamaqla bağlı razılığa gəlməyə yaxındır. Danışıqlarda anonim qalmağa üstünlük verən Avropa İttifaqı,Rusiya və Yaxın Şərq nümayəndələri iştirak edir.

Qeyd edək ki, hazırda Rusiyanın Suriyada iki əsas bazası var: Xmeymim aviabazası və Aralıq dənizindəki yeganə Rusiya bazası olan Tartusdakı hərbi dəniz bazası.

Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl bu obyektlərin qorunmasının ölkə üçün prioritet olaraq qaldığını vurğulamışdı.

Bu arada Suriyada vəziyyət sürətlə dəyişib: Suriya müxalifətinin silahlı dəstələri Hələb vilayətinin qərb rayonlarına hücuma keçərək, əsas şəhərləri - Hələb, Homs, Həma, sonra isə paytaxt Dəməşqi nəzarətə götürüblər.

...Reuters xəbər verir ki, Suriya ordusu prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib və Əsəd özü də hakimiyyəti dinc yolla ötürmək qərarına gəlib və ölkəni tərk edib.

Suriyanın eks-prezidenti ailəsi ilə birlikdə Moskvaya gəlib və ona prezident Vladimir Putinin şəxsi qərarı ilə sığınacaq verilib.

Hazırda əsas diqqət strateji hərbi obyektlər də daxil olmaqla, regionda Rusiyanın maraqlarının qorunmasına yönəlib. Suriyadakı Rusiya bazalarının təhlükəsizliyinin təmin edildiyi bildirilib.

Bundan əvvəl Rusiya qoşunlarının Suriyanın şimalında yerləşən Kobani və Mənbic yaşayış məntəqələrindəki hərbi bazalarını tərk etdiyi yazılmışdı.

Əli Babayev

phrase_var_article.chosen
23
sia.az

1phrase_var_article.sources