Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən növbəti etiraz aksiyası insidentsiz başa çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Noyabrın 28-də gündəlik etirazlar başlayandan bəri Gürcüstan parlamenti yaxınlığında on beşinci mitinq keçirilib.
Mitinqdə Tbilisidə səfərdə olan Avropa Parlamentinin üzvləri də iştirak edib.
Litva, Polşa, Fransa, Almaniya və Hollandiyadan olan nümayəndə heyətinin altı üzvü axşam saatlarında etirazçıların yerləşdiyi Rustaveli prospektindəki parlament binasına gələrək onlarla, eləcə də KİV nümayəndələri ilə söhbət edib, sonra ərazini tərk ediblər.
Aksiya dinc şəraitdə keçirilib. İndi etirazçılar Rustaveli prospektini tərk edirlər.