Rustaveli prospektində yerli vaxtla saat 19:00-dan başlayan aksiya az əvvəl başa çatıb.
APA xəbər verir ki, aksiyalar zamanı Avropa Parlamentinin deputatları Gürcüstan və Avropa İttifaqının bayraqlarını açaraq mitinq iştirakçıları qarşısında çıxış ediblər.
Dekabrın 13-də bütün gün ərzində müxtəlif icma üzvlərinin, o cümlədən tələbələrin, HR və təlimçilərin, mədəniyyət işçilərinin, marketoloqların, PR mütəxəssislərinin, hüquqşünasların və bir çox peşə sahibinin etiraz aksiyalarına qoşulması planlaşdırılır.
Etiraz aksiyasına psixoloqların da qoşulacağı deyilir.
***
21:01
Gürcüstanın paytaxtı Tbilisidə etirazlar 15-ci gündür davam edir.
APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.
Gürcüstanlılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.
Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.
Əldə olunan məlumata görə, saat 21:00-da müxtəlif ölkələrdən Avropa Parlamentinin deputatları da gələcək. Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.