AZ

Gürcüstanın Baş naziri Real TV-yə eksklüziv müsahibə verib -İSTEFASI İLƏ BAĞLI YAYILAN XƏBƏRLƏRƏ DƏ AYDINLIQ GƏTİRİB

Gürcüstanın Baş naziri İrakli Kobaxidze REAL TV-nin rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Mir Şahin Ağayevin müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramına geniş müsahibə verib. 

 

Senzor.az bildirir ki, müsahibədə son günlər Gürcüstanda baş verən hadisələr, gərgin vəziyyətdən çıxış yolları, Cənubi Qafqazda təşkil edilən qarşıdurmaların müəllifləri, o cümlədən ayrı-ayrı yüksək vəzifəli şəxslər barədə yayılan feyk xəbərlər və s. kimi maraqlı mövzulara toxunulub. 

 

İ.Kobaxidze bildirib ki, onlar yalana doğru ilə cavab verirlər. Baş nazir bu əsnada istefası ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.


Xatırladaq ki, geniş müsahibə bu gün-13 dekabrda saat 21.00-da “Mir Şahinin vaxtı” proqramında yayımlanacaq.

 

Mütləq baxın…

Seçilən
70
2
senzor.az

3Mənbələr