AZ

Avropa Liqası: “Qarabağ” “Elfsborq”a məğlub OLDU - VİDEO

 

İlk yayın vaxtı 00:03

***

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

"Report"un məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

 

 UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.

"Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da keçirilir.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

Seçilən
16
2
musavat.com

10Mənbələr