AZ

Bakıda gənc qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Cəfərova Sevil Sahib qızı Albalılıq yaşayış massivi ərazisində yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı sürücünün köməyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Seçilən
47
1
apa.az

2Mənbələr