AZ

Gürcüstanda yeni nazirlik yaradılıb

Tbilisi, 13 dekabr, AZƏRTAC

Gürcüstan hökumətinin tərkibində daha bir nazirlik fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamenti üçüncü oxunuşda “Gürcüstan hökumətinin strukturunun, səlahiyyətlərinin və fəaliyyətinin qaydası haqqında” Qanuna təklif olunan əlavə və dəyişiklikləri təsdiq edib.

Yeni qəbul edilən layihəyə əsasən, 2025-ci il yanvarın 1-dən icra hakimiyyətinə iki nazirlik - Mədəniyyət Nazirliyi və İdman Nazirliyi əlavə olunacaq.

Mədəniyyət Nazirliyi mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı hazırkı Mədəniyyət və İdman Nazirliyinin hüquqi varisinə çevriləcək.

İdman Nazirliyi isə müvafiq sahələr üzrə səlahiyyətləri həyata keçirəcək.

Qanun layihəsi 87 səslə, yekdilliklə qəbul edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

phrase_var_article.chosen
48
3
azertag.az

4phrase_var_article.sources