AZ

DƏHŞƏTLİ QƏTL

Həyat yoldaşı Mahmudu tikə-tikə doğrayaraq ÖLDÜRDÜ

Avstraliyada 8 uşaq anası olan 54 yaşlı Nirmin Nufl 2023-cü ilin mayında itkin düşən əri Mahmudu öldürməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə News.com.au məlumat yayıb.

Müstəntiqlərin fikrincə, qadın ərini tikə-tikə doğrayaraq öldürüb və il yarım ərzində onun sosial şəbəkələrində manipulyasiya edərək bu cinayəti gizlədib.

İttiham tərəfi hesab edir ki, ər-arvad arasında mübahisə faciəvi şəkildə bitib. Mahmud sonuncu dəfə 2023-cü il mayın 3-də dostu ilə görüşdükdən sonra görülüb. Kişinin qalıqları hələ tapılmayıb, lakin müstəntiqlər əmindirlər ki, onun cəsədi 20-30 hissəyə bölünüb, qadın onu qismən zibil qablarına atıb və bədən hissələrini yaxınlıqdakı ərazilərə aparıb.

Cinayətdən sonra Nufl sübutları hərtərəfli təmizləyib, o cümlədən evin döşəməsini tamamilə dəyişdirib. Üstəlik, ərinin cib telefonuna giriş əldə edib və ondan mesaj göndərmək üçün istifadə edərək, onun varlığı görüntüsünü yaradıb.

Seçilən
48
2
publika.az

4Mənbələr