AZ

Azərbaycanın 2024-cü ilin idxal-ixrac xəritəsi: Ən böyük ticarət həcmi hansı ölkələrdədir?

2024-cü ilin noyabrın 1-i vəziyyətinə Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin payına düşüb.

Fins.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbərverir ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin bölgüsü belədir: 17,9 faizi Rusiya, 11,5 faizi Türkiyə, 6,2 faizi Avstraliya, 5,5 faizi ABŞ, 4,1 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Belarus, 2,1 faizi Yaponiya, 2 faizi Koreya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla Ukrayna və İsveçrə, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi Fransa, 1,1 faizi Hindistan, hər biri 1 faiz olmaqla Özbəkistan və Kanada, 0,9 faizi Braziliya, 0,8 faizi İspaniya təşkil edib.

Ümumilikdə, 11,3 faiz idxal digər ölkələrdən həyata keçirilib.

2024-cü ilin yanvar-oktyabr aylarında, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, mühüm məhsul növlərinin ixracında artımlar müşahidə edilib. Təzə meyvə ixracı 0,5 faiz, təzə tərəvəz ixracı 2,4 faiz, şəkər ixracı 62,9 faiz, tütün ixracı isə 3,5 dəfə artıb. Eyni zamanda, meyvə və tərəvəz konservləri ixracı 13,4 faiz, bitki yağları ixracı 61,7 faiz, marqarin və digər qida qarışıqları ixracı 68,9 faiz artıb. Çay ixracı 6,2 faiz, pambıq lifi ixracı isə 98,1 faiz artıb.

Bununla yanaşı, kartof ixracı 32,0 faiz, meyvə və tərəvəz şirələri ixracı 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu ixracı isə 42,3 faiz artıb. Polipropilen ixracı 21,4 faiz, polietilen ixracı isə 17,0 faiz artıb. Elektrik enerjisi ixracı 49,2 faiz, emal olunmamış alüminium ixracı isə 16,8 faiz artıb. Sement klinkerləri ixracı 1,2 faiz, qara metallardan çubuqlar ixracı 0,7 faiz azalıb.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin eyni dövründə bitki yağları idxalı 15,1 faiz, kərə yağı və digər süd yağları idxalı 85,3 faiz, təzə meyvə idxalı 25,8 faiz artıb. Unlu qənnadı məmulatları idxalı 12,3 faiz, şokolad və şokolad məhsulları idxalı 14,5 faiz, çay idxalı isə 9,2 faiz artıb. Mal əti idxalı 56,5 faiz, təzə tərəvəz idxalı isə 59,7 faiz artıb.

Əlavə olaraq, hesablama maşınları və qurğuları idxalı 25,1 faiz, yük avtomobilləri idxalı 22,3 faiz artıb. Polipropilen idxalı 22,8 faiz, sement idxalı isə 7,2 faiz artıb. Bəzi məhsulların, məsələn, xam şəkər idxalı 2,0 faiz, kartof idxalı isə 21,7 faiz azalıb. Siqaret idxalı 71,7 faiz, minik avtomobilləri idxalı isə 10,8 faiz artıb.

Seçilən
61
31
fins.az

10Mənbələr