2023-cü ilin oktyabrından bəri Fələstin-İsrail münaqişəsində mindən çox həkim ölüb. AFN.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, Beyt Lahiyada İsrail əsgərləri tərəfindən öldürülən Kamal Advan xəstəxanasının həkimi Səid Yəhudanın vəfatından sonra Qəzza zolağında döyüş əməliyyatları nəticəsində həlak olan həkimlərin ümumi sayı 1057 nəfərə çatıb.Nazirlik bir daha beynəlxalq insan haqları təşkilatlarını fələstinli həkimlərə yardım etməyə və humanitar vəzifələrini yerinə yetirərkən xəstəxana və tibb işçilərinin qorunmasını təmin etməyə çağırıb. “Biz dünyanın bütün ölkələrindəki bütün həkimləri Qəzza zolağında soyqırıma məruz qalan həkimlərimizlə həmrəy olmağa çağırırıq”, - deyə Səhiyyə Nazirliyi bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta