AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
13 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
13 dekabr 1922-ci ildə Azərbaycan, Ermənistan, Gürcüstan nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən I Zaqafqaziya Sovetlər Qurultayında Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub.:
Qurultayda federasiyanın Tiflisdə yerləşəcək rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (sədr N.Nərimanov) seçilib. ZSFSR-in yaranması ilə Azərbaycan SSR formal müstəqillikdən də məhrum oldu. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belarusiya SSR ittifaq dövlətini – SSRİ-ni təsis etdilər. “Zaqfederasiya” 1936-cı ilədək mövcud oldu və həmin il üç respublika SSRİ-nin müttəfiq subyektinə çevrildi.
13 dekabr 1991-ci ildə müasir Azərbaycan Respublikasının müstəqilliyi Pakistan dövləti tərəfindən tanındı.
13 dekabr 1920-ci ildə Millətlər Cəmiyyəti Haaqada Beynəlxalq Ədalət Məhkəməsini təsis edib:
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır.
13 dekabr 1929-cu ildə şərqşünas alim, professor Saleh Əliyev anadan olub:
Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
13 dekabr 1571-ci ildə məşhur alman astronomu İohan Kepler 1571 Vyurtemberq şəhərində dünyaya gəlib:
Astronomiyaya dair ilk əsərini – “Kainatın sirri”ni 25 yaşında qələmə alan gənc alim sonra özünün ixtira etdiyi teleskopdan bəhs edən “Dioptrika” kitabını yazıb.