ABŞ ordusu Floridada hipersəs raketini uğurla sınaqdan keçirib.
APA xəbər verir ki, bu barədə Pentaqonun cümə axşamı dərc olunmuş bəyanatında deyilir.
ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin yaydığı sənədə əsasən, bu yaxınlarda Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasından adi hipersəs raketinin kompleks uçuş sınağı uğurla həyata keçirilib.
Sınağın dəqiq nə vaxt baş verdiyi açıqlanmır. Pentaqon bu sınağın bu ilki ikinci uğurlu sınaq olduğunu bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro raketin buraxılışını Vaşinqtonda mövcud olan ən qabaqcıl silah sistemlərindən birinin inkişafında mühüm mərhələ adlandırıb.