Məşhur bloger paytaxt küçələrində hərəkət edən zaman qaydaları pozub. Avtosfer.az xəbər verir ki, sosial şəbəkə üçün video çəkən Elvin Hüseynov izləyicilərinə pis nümunə olub.
Belə ki, o, çəkiliş edən zaman bir əlini sükandan çəkib, digər əlində isə telefon saxlayıb.
Hər zaman qeyd etmişik ki, müəyyən izləyici əhatəsi olan, məşhurluğu olan insanlar qaydalara ciddi şəkildə əməl edərək cəmiyyətə nümunə olmalıdır. Çox təəssüf ki, dediklərimiz sadəcə yazı üzərində qalır.
Qeyd edək ki, sürücü törətdiyi qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsilə 50 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf