AZ

“Bakı Ağac Emalı” ASC yerləşdiyi ərazini icarəyə götürmək və ya özəlləşdirmək üçün - TOPLANTI KEÇiRİR

30 yanvar 2025-ci il, saat 10:00-da “Bakı Ağac Emalı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq  Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 b ünvanında yerləşən “Sky” Hotelin 6-cı mərtəbəsində  baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;

2. Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edillməsi;

3. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırilması;

4. Cəmiyyətin yerləşdiyi dövlət mülkiyyətində qalan torpaq sahəsinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi məsələsinin müzakirəsi;

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (070) 3569776

Seçilən
28
fed.az

1Mənbələr