AZ

UEFA Avropa Liqasında VI tura yekun vuruldu

UEFA Avropa Liqasında VI tura yekun vurulub.   Manset.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası İsveçdə “Malmö”nün qonağı olub. İstanbul təmsilçisini hesabda üstün olsa da, bunu qoruya bilməyib. Son dəqiqələrdə qol buraxan "Cimbom" qələbəni əldən verib. “Beşiktaş” isə Norveç təmsilçisi “Bodo-Qlimt”in qonağı olub. Oyunda hesabı Türkiyə klubu açsa da, meydan sahibləri əzmkarlıq nümayiş etdiriblər. Skandinaviyalılar ardıcıl 2 qol vuraraq qələbə qazanıblar. UEFA Avropa Liqası
Liqa mərhələsi
VI tur
12 dekabr

21:45. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0
21:45. “Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0
21:45. PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) 5:0
21:45. “Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2
21:45. “Yunion” (Belçika) - “Nitsa” (Fransa) 2:1
21:45. “Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland) 2:2
21:45. “Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2
21:45. “Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0
00:00. “Portu” (Portuqaliya) - "Midtyullann" (Danimarka) 2:0
00:00. “Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3
00:00. “Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1
00:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2
00:00. “Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0
00:00. “Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1
00:00. “Bodo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1
00:00. “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0

Seçilən
31
20
manset.az

10Mənbələr