Bu gün Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, A qrupunda “Abşeron” - NTD matçı ilə VI tura yekun vurulacaq.
Qarşılaşmada ev sahibləri ardıcıl 2-ci qələbəni qazanmaq, qonaqlar isə 2 oyunluq məğlubiyyət seriyasına son qoymaq arzusundadır.
Qeyd edək ki, turda "Naxçıvan" "Neftçi"ni 83:72, "Sabah" "Sərhədçi"ni 67:64, “Ordu” “Sumqayıt”ı 115:81 hesabı ilə məğlub edib. Dekabrın 14-də daha 2 görüş keçiriləcək. "Gəncə" "Lənkəran"ı qəbul edəcək. Tura "Quba" - "Şəki" görüşü ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
VI tur
A qrupu
13 dekabr
15:00. "Abşeron” – NTD
Abşeron OİK
1 | Sabah | 6 | 6 | 0 | 500-475 | 12 |
2 | Naxçıvan | 6 | 5 | 1 | 468-431 | 11 |
3 | Sərhədçi | 6 | 3 | 3 | 430-456 | 9 |
5 | Abşeron | 5 | 2 | 3 | 344-351 | 7 |
4 | NTD | 5 | 1 | 4 | 370-404 | 6 |
6 | Neftçi | 6 | 0 | 6 | 422-482 | 6 |
İdman.biz