AZ

Dünyanın ƏN YAXŞI MƏTBƏXLƏRİ

Yazını böyüt
Yazını kiçilt

2025-ci il üçün dünyanın ən yaxşı mətbəxlərinin olduğu ölkələrin siyahısını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, TasteAtlas-ın hazırladığı siyahıda Yunanıstan 4.60 xalla ilk sırada yer alıb. Onu ikinci pillədə 4.53 xalla İtaliya təqib edir. Üçüncü sırada yer alan Meksika 4.52 xal qazanıb.

4.50 xal yığan İspaniya sıyahıda dördüncü, 4.50 xal toplayan Portuqaliya isə beşincidir.

Qardaş ölkə Türkiyə 4.48 xal yığaraq siyahıda altıncı pillədə qərarlaşıb, 4.48 xal toplayan İndoneziya isə yeddincidir.

Çox maraqlıdır ki, hər zaman mətbəxi ilə öyünən Fransa cəmi 4.48 xal toplayaraq siyahıda səkkizinci olub. Onu doqquzuncu pillədə 4.47 xal yığan Yaponiya təqib edir.

İlk onluğu 4.45 xal toplamış Çin tamamlayır.

Seçilən
23
hafta.az

1Mənbələr