Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Tədbirə milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
"Qarabağ" legioneri ilə bağlı qərarını verdi - O, komandada qalacaq
Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
Mbappe işi bağlandı
Artim Şakiri: "Bu fakt “Qarabağ” üçün üstünlükdür" - Müsahibə
"Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi