AZ

“Böyük beşliy”in ən yaxşı QAPIÇILARI - ARAŞDIRMA

Qapıçılar ustalıqlarını yaşıl meydanda müxtəlif cəhətdən göstərə bilirlər.

İdman.biz “Böyük beşlik” çempionatlarında çıxış edən qolkiperlərinin fərqli sahələrdə ən yaxşılarını üzə çıxardıb.

Bu çempionatlarda cari mövsümdə qapısını hamıdan çox toxunulmaz saxlayan Aleks Remirodur. “Real Sosyedad”ın qapıçısı 9 oyunda qapısını rəqiblər üçün “qıfıllayıb”. “Leypsiq”in qapı qoruyucusu Peter Qulaçi 8 oyunda rəqiblərini qola həsrət qoyub.

Seyvlərdə Mark Flekkenə (“Brentford”) yaxın düşən yoxdur. O, 71 dəfə zərbələrə sipər olub. Mads Hermansen (“Lester”) və Donovan Leon (“Oser”) 61 dəfə seyv ediblər.

Cərimə meydançası daxilindən vurulan zərbələrin qola çevrilməsinə Mark Flekken (“Brentford”) 47, Mads Hermansen (“Lester”) 46, Donovan Leon (“Oser”) 45 dəfə mane olub. Uzaq məsafələrdən zərbələr zamanı Mark Flekken (“Brentford”) və Xoan Qarsiya (“Espanyol”) 23, Marsin Bulka (“Nitsa”) 21 dəfə seyv ediblər.

Nik Poup (“Nyukasl”) və Robin Zentner (“Maynts“) zərbələri yumruqla dəf etməyi ən çox sevən qapıçılarıdır. Onlar 14 dəfə rəqib zərbəsinin qarşısını bu cür alıblar. Bu üsul Mark Flekkenin (“Brentford”) karına 12 dəfə gəlib.

Asma verən futbolçuların istəyini ürəyində qoyan qolkiper Ariyanet Muriçdir. “İpsviç”in qapıçısının belə hərəkətləri 26 dəfə qeydə alınıb. Asmaların daha çox istifadə edildiyi Premyer Liqanın qolkiperləri onların qarşısını almaqda sonrakı iki yeri də öz əllərində saxlayırlar David Rayya (“Arsenal”) 22, Nik Poup (“Nyukasl”) 20 dəfə topun ünvana çatmasına mane olublar.

Topa çıxmanı ən çox sevən İnyaki Penya (“Barselona”) 35 cəhdinin hamısında uğurlu olub. Serxio Errera (“Osasuna”) 26 cəhdinin hamısında, Robert Sançes (“Çelsi”) 23-dən 22-də istəyinə çatıb.

Vüqar Məmmədov
İdman.biz

phrase_var_article.chosen
58
idman.biz

1phrase_var_article.sources