Milli Gimnastika Arenasında “Akrobatika gimnastikası üzrə hakimlik kursları”nın ilk günü başa çatıb.
İdman.biz xəbər verirki, tədbir beynəlxalq dərəcəli hakim Dürdanə Əhmədova və millimizin baş məşqçisi İradə Qurbanovanın rəhbərliyi altında keçirilir.
Kurslarda gələn ildən başlayaraq akrobatika yarışlarında tətbiq olunacaq qaydaların nüansları müzakirə olunur.
Qeyd edək ki, dekabrın 12-də başlayan tədbir daha 2 gün davam edəcək.
İdman.biz