Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım iki ölkə arasında diplomatik əlaqələrin bərpası istiqamətində atılıb.
Qeyd edək ki, Türkiyə səfirliyi Suriyada dinc nümayişçilərə qarşı zorakılıq aktlarının başladığı dövrdə fəaliyyətini davam etdirib. Lakin 26 mart 2012-ci ildə yaranan siyasi şərait səbəbindən səfirlik fəaliyyətini dayandıraraq Türkiyəyə qayıdıb.
Bu qərar Türkiyə və Suriya arasındakı münasibətlərin normallaşması prosesində mühüm addım kimi qiymətləndirilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31