AZ

Blinken-Ərdoğan görüşü ilə bağlı ABŞ-dan açıqlama

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti görüşlə bağlı məlumat yayıb.

Bildirilib ki, tərəflər güclü ABŞ-Türkiyə regional əməkdaşlığını müzakirə edib.

Bundan başqa, Suriya xalqının liderliyində, onlara hesab verən siyasi keçid hökumətini dəstəkləmə mövzusundakı ortaq maraqlar barədə də fikir mübadiləsi aparılıb. Həmçinin görüş zamanı Suriyadakı bütün aktorların insan hüquqlarına sayğı göstərməsi, beynəlxalq humanitar hüquqa riayət etməsi, mülki şəxsləri və etnik azlıq üzvlərini müdafiəsinin zəruriliyi müzakirə olunub.

Eyni zamanda Blinken Suriyadakı köçkünlərə yardımlar və İŞİD əleyhinə koalisiyanın missiyasını davam etdirməsinin vacibliyinə diqqət çəkib.

Blinkenin Qəzzada atəşkəs sazişinin təcili bağlanmasının zəruriliyi ilə bağlı da fikirlərini bölüşdüyü qeyd edilib.
phrase_var_article.chosen
13
1
sherg.az

2phrase_var_article.sources