AZ

Makron yeni Baş nazirin adını açıqlayacaq

Makronun adı çəkilməyən köməkçisinin məlumatına görə, təyinatın rəsmi elanı yaxın saatlarda baş tuta bilər.

"Hazırda Prezident lazımi məsləhətləşmələri yekunlaşdırır",- köməkçi vurğulayıb.
Fransa hökuməti dağıldı. Sonra nə olacaq?

Xatırladaq ki, dekabrın 4-də parlamentin etimadsızlıq üzrə səsverməsi nəticəsində Baş nazir Mişel Barnyenin rəhbərliyindəki hökumət dağılıb. Fransada 1962-ci ildən bəri ilk dəfədir ki belə hal baş verir. Prezident Emmanuel Makronun elə həmin gün yeni Baş naziri müəyyənləşdirəcəyi gözlənsə də, post indiyədək Mişel Barnyenin müvəqqəti idarəsindədir.

Firudin Həmidli
AzVision.az
Seçilən
12
azvision.az

1Mənbələr