AZ

Mişustin Avrasiya Hökumətlərarası Şurasında iştirak edəcək

Moskvada Rusiyanın baş naziri Mixail Mişustinin də iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamaya əsasən, görüş zamanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirləri inteqrasiyanın daha da dərinləşdirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindədirlər.

Bundan başqa, enerji, sənaye və elektron ticarətin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Tərəflər sənaye sahələrində birgə əməkdaşlıq layihələrinin seçilməsi və onların həyata keçirilməsində maliyyə yardımının göstərilməsi ilə bağlı əsasnaməyə dəyişiklik edilməsi barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu iclas Aİİ-nin 2024-cü ildə dördüncü iclası olacaq. Bu il Ermənistan Aİİ-yə sədrlik edir, 2025-ci ildə isə sədrlik hüququ Belarusa keçəcək.

Gülşən Şərif


 

Seçilən
30
1
bakivaxti.az

2Mənbələr