İsrailin Qəzza zolağında qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində 30-dan çox mülki şəxs ölüb...
Poliqon xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, cümə axşamı axşam saatlarında İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki evlərə endirdiyi hava zərbələri nəticəsində 33 nəfər ölüb.
“Əl-Əqsa” xəstəxanasının sözçüsü bildirib ki, yaralıların əksəriyyəti ağır yaralanıb.
Qeyd edək ki, Nuseyratda çoxlu sayda qurban hələ də dağıntılar altındadır.
Poliqon.info