AZ

Mask öz mənzil-qərargahını yeni şəhərə köçürür

AzVision.az xəbər verir ki, Mask “SpasceX” şirkətinin mənzil-qərargahının rəsmi qatdada Texas ştatındakı Starbeys şəhərində yerləşəcəyi barədə şirkətin adından hakimə ünvanlanmış məktubu “X” sosial şəbəkəsində şərh edib.

Sənədə əsasən, “SpaceX” şirkətinin rəhbərliyi Starbeysə kosmosa uçuş meydançası kimi şəhər statusu verilməsi üçün seçkilərin keçirilməsini xahiş edir. Bazada yüzlərlə şirkət işçisi yaşayır. Daha sonra başqa bir istifadəçiyə cavab verən Mask anası Mey Maska xitabən yazıb:“Bax ana, mənşəhər yaratdım”.

2021-ci ildə İlon Mask şirkətin kosmodromunun yerləşdiyi və ulduz gəmisi prototiplərinin işlənib-hazırlandığı Texas ştatının Boka-Çika şəhərinin adının Starbeysə dəyişdirilməsini təklif edib.

Xatırladaq ki, amerikalı milyarder qubernator Gevin Nyusomun “LGBT şagirdləriunin hüquqlarının müdafiəsi” qanun layihəsini qəbul etməsinə cavab olaraq “X” və “SpaceX” şirkətlərinin baş qərargahını Kaliforniyadan Texasa köçürmək qərarını 2024-cü ilin iyul ayında açıqlayıb.

Daha əvvəl isə, “Tesla” şirkətinin Kaliforniyada fəaliyyətini genişləndirmək imkanlarının məhdud olduğunu qeyd bildirən İlon Mask onun baş ofisini Texasa köçürüb.

“Kaliforniya ABŞ-də ən yüksək gəlir vergisi dərəcəsinə malikdir, Texasda isə həmin göstərici sıfıra bərabərdir. Ona görə də, baş ofisi köçürməklə İlon Mask milyardlarla dollara qənaət edə bilər”,- CNBC nəşri onda yazmışdı.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
22
azvision.az

1Mənbələr