AZ

BDU ilk dəfə “GreenMetric” reytinqində yer alıb

Bakı, 13 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinqlərindən biri olan “GreenMetric Ranking 2024”də ilk dəfə olaraq yer alıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “BDU 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksələrək, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib.

“GreenMetric” reytinqi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməyi, universitetlərdə davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməyi əsas məqsəd kimi qarşıya qoyur.

Reytinqdə iştirak edən universitetlər bu meyarlar əsasında qiymətləndirilir - kampusların təbii mühitə münasibəti və infrastrukturu, enerjidən istifadə siyasəti və onun iqlim dəyişikliyinə təsiri, kağız istifadəsinin azaldılması üzrə tədbirlər, su resurslarının səmərəli idarə olunması, nəqliyyat vasitələrinin (ictimai, şəxsi avtomobillər və ya velosipedlər) istifadəsi, ekoloji problemlər üzrə tədrisin təşkili, ekoloji problemlərin araşdırılmasına ayrılmış resurslar, ekoloji mövzularda dərc olunmuş elmi məqalələrin sayı.

BDU-nun “GreenMetric Ranking 2024”də əldə etdiyi uğur universitetin ekoloji davamlılıq sahəsində həyata keçirdiyi təşəbbüslərin, tələbə və akademik heyətin bu istiqamətdə göstərdiyi səylərin nəticəsidir. Bu nailiyyət BDU-nun beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirir və davamlı inkişaf üzrə öhdəliklərinin icrasına olan bağlılığını nümayiş etdirir.

Seçilən
10
4
azertag.az

5Mənbələr